Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samir Abbasov: Azərbaycanın milli mədəniyyəti Antalyada geniş təbliğ olunur

14.09.2024 [17:17]

Xəbərin mətni

Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Səfirliyimizin nəzdində yaradılan bu mərkəzin əsas məqsədi Türkiyənin paytaxtı və bölgələrində Azərbaycanın milli mədəniyyətini geniş təbliğ etməkdir. Bu fəaliyyəti təmin etmək məqsədilə Mədəniyyət Mərkəzi Türkiyənin bölgələrində mütəmadi olaraq Azərbaycan mədəniyyəti və sənəti günləri təşkil edir. Belə tədbirlərdən biri də Antalyada təşkil olunub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib.