MÜSAHİBƏ


Nazir müavini: Bu il ətraf mühitlə bağlı ixtisaslar üzrə bakalavriat səviyyəsinə 1700-ə yaxın tələbə qəbul olub

İqlim dəyişmələri, ətraf mühitlə bağlı ixtisaslara da diqqət yetirmək lazımdır. Bu il ekologiya mühəndisliyi, hidrometeorologiya mühəndisliyi, meşəçilik, bitki mühafizəsi, su bioehtiyatları və akvabitki ixtisasları üzrə qəbul planı artırılıb. Həmin ixtisaslar üzrə bakalavriat səviyyəsinə bu il 1700-ə yaxın tələbə qəbul olub. Magistratura səviyyəsində isə təxminən həmin ixtisaslar üzrə qəbul olanların sayı 380 nəfərə yaxındır. Bu da 2020-ci ilə nisbətən 61 faiz artım deməkdir. Eyni zamanda, təhsil proqramlarında iqlim dəyişmələri ilə bağlı mövzulara diqqət yetirilməlidir. Düşünürəm ki, gənclər öz məsuliyyətlərini dərk edərək həmin bacarıqları əldə etməklə ümumi işə töhfə verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.