Mariya Zaxarova Cənubi Qafqaz ölkələrini regionda sabitliyin pozulmasına imkan verməməyə çağırıb
07.10.2024 [19:33]
Xəbərin mətni
Rusiya və Azərbaycan təkcə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin deyil, həm də ölkələrimizin qarşılıqlı fəaliyyət göstərdiyi regional problemlərin həllinin vacibliyinə əsaslanaraq, bütün sektorlarda fəal əməkdaşlıq edirlər.
Bunu AZƏRTAC-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclası çərçivəsində deyib.