SİYASƏT


Abbas Abbasov: Bakı Təşəbbüs Qrupunun əsas fəaliyyəti beynəlxalq əməkdaşlığı təşviq etməkdir

Bu, Bakı Təşəbbüs Konfransının (BTQ) 17-ci beynəlxalq konfransıdır. Konfransın mövzusu Siyasi və Mülki hüquqlar üzrə Paktın tələbləri və Fransız kolonializminin fəsadlarıdır. Bu gün burada fransız dənizaşırı ərazilərin, hazırda Fransanın müstəmləkəçilik əsarəti altında olan regionların nümayəndələri, Qəmər adalarının nümayəndələri, həmçinin Niderlandın Bonayre və Sen müstəmləkələrinin nümayəndələri - QHT-lərin, siyasi partiyaların rəhbərləri, elm xadimləri iştirak edirlər.

Bu barədə AZƏRTAC-a Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində BTQ-nin təşkilatçılığı ilə oktyabrın 22-də “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans barədə məlumat verərkən söyləyib.