Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müryel Danyel: Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti vəziyyətimiz barədə məlumatlandırmağa imkan yaradır

23.10.2024 [21:36]

Xəbərin mətni

On beş il əvvəl Martinikada qiymətlərin son dərəcə yüksək olması ilə bağlı müraciətimizə baxmayaraq, bu müddət ərzində Fransa hakimiyyəti heç nə etməyib. Vəziyyət yaxşılaşmaqdansa, daha da pisləşib və dözülməz olub. Əvvəlcə hərəkatımız dinc şəkildə başladı. Gənclərin çətin sosial vəziyyətin yaxşılaşdırılması və yüksək qiymətlərin aşağı salınması ilə bağlı tələbi kütləvi hücumla üzləşdi. Müstəmləkəçi dövlət bu dinc sosial aksiya ilə bağlı nazirləri göndərib vəziyyəti öyrənməkdənsə, üzərimizə silahlı qüvvələri göndərdi. Martinikalılar Fransa dövlətinin bu hərəkətindən şoka düşdülər. Dövlət xalqa yardım əvəzinə, onu atəşlə qarşıladı. Martinikalıların dinc nümayişi Fransa dövləti tərəfindən faciəyə çevrildi. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI