Şahmar Məmmədov: İqlim dəyişikliyi sərhəd tanımır
24.10.2024 [12:19]
Xəbərin mətni
Təəssüflə qeyd etməliyəm ki, iqlim dəyişikliyi sərhəd tanımayan bir problem olduğu üçün hər hansı bir ölkə bu problemlə üzləşə bilər. Lakin hüquqşünaslar olaraq bu problemə qarşı birgə səylər göstərməliyik. Ümumiyyətlə, peşəsindən asılı olmayaraq iqlim dəyişikliyi hər bir vətəndaşın gələcək həyatına təsir göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədr müavini və Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov jurnalistlərə açıqlamasında söyləyib.