Sultan Əhməd Əli: Bu sammitin ekoloji problemlərin həll olunmasında böyük rolu olacaq
05.11.2024 [15:41]
Düşünürəm ki, dinin qlobal bir səviyyədə çox böyük əhəmiyyəti var. Çünki iqlimin dəyişilməsi, heyvanlarla bağlı qarşılaşdığımız problemlər mənəvi cəhətdən bizi narahat edir. Ona görə hesab edirəm ki, bu sammitin ekoloji problemlərin həll olunmasında böyük rolu olacaq. Bu sözləri Pakistan Müsəlmanlar İnstitutunun sədri Sultan Əhməd Əli deyib.