MÜSAHİBƏ


Belarus Baş nazirinin müavini: Prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı razılaşdırılmış layihələr üzərində fəal iş aparılır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı razılaşdırılmış layihələr üzərində fəal iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Moskvada keçirilən MDB İqtisadi Şurasının iclası çərçivəsində Belarus Baş nazirinin müavini İqor Petrişenko bildirib. O deyib: “Biz MDB məkanında həmişə qarşılıqlı fəaliyyətin bütün sahələrində - sənaye kooperasiyasında, nəqliyyat dəhlizlərində, sənaye orqanlarının fəaliyyətində razılaşdırılmış mövqe tuturuq. Bu, bütün formatlarda, istənilən platformalarda ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın müsbət nümunəsidir”.