MÜSAHİBƏ
Komitə sədri: Erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilik təkmilləşdirilib
12.12.2024 [15:17]
Xəbərin mətni
Azərbaycanda erkən nikahlarla mübarizə tədbirləri gücləndirilib. Müvafiq dövlət orqanlarının birgə əməkdaşlığı çərçivəsində erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilik təkmilləşdirilib. Artıq 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki istisnalar ləğv olunub. AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında söyləyib.