MÜSAHİBƏ
Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisinin başa çatacağı tarix açıqlanıb
12.12.2024 [16:14]
Xəbərin mətni
Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti işləri davam etdirilir. Xəttin inşası ilə bağlı işlərin isə 60 faizi yerinə yetirilib. Tunellərin biri tam bitib, ikinci tunelin qazıntı işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlaması zamanı deyib.
QSC sədri Bərdə-Ağdam layihəsində də yolun tamamlandığını əlavə edib.