MÜSAHİBƏ
Qazaxıstanın Hüquq-Mühafizə Orqanları Akademiyasının rektoru: Biz Azərbaycanla çox sıx əməkdaşlıq edirik
17.12.2024 [16:56]
Xəbərin mətni
Hüquq-mühafizə orqanlarının akademik hissəsi üzrə bir təhsil müəssisəsinin nümayəndəsi kimi deyə bilərəm ki, biz bu sahədə Azərbaycanla çox sıx və konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstəririk. Elmi araşdırmalar aparırıq, magistrant və doktorantlarımız üçün birgə təcrübə keçirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-Mühafizə Orqanları Akademiyasının rektoru Marat Seksembayev Bakıda keçirilən “Hüquqi münasibətlərin transmilli aspektləri: müasir çağırışlar və məqsədlər” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibəsində deyib.