MÜSAHİBƏ
Vüqar Qurbanov: Əhalinin böyük hissəsi qrip əleyhinə vaksinasiyadan keçib
18.12.2024 [16:30]
Xəbərin mətni
Oktyabrdan etibarən TƏBİB Səhiyyə Nazirliyi tərəfindən qripə qarşı vaksinlərlə təmin olunub. TƏBİB-ə tabe olan tibb müəssisələrində, tibb mərkəzləri və poliklinikalarda vaksinasiya prosesi artıq başlayıb. Kifayət qədər müraciət var və əhalinin böyük hissəsi artıq vaksinasiyadan keçib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.