MÜSAHİBƏ
Səfir: Azərbaycan ilə İsraili təkcə dövlətlərarası əlaqələr deyil, həmçinin xalqlar arasında olan münasibətlər bağlayır
20.12.2024 [19:00]
Xəbərin mətni
Azərbaycan və İsrail arasında daim çox sıx əlaqələr mövcuddur. İki ölkə arasında dost münasibətlər təkcə dövlətlərarası əlaqələrə deyil, həmçinin Azərbaycan və yəhudi xalqlarını birləşdirən mehriban münasibətlərə əsaslanır. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Corc Dik bildirib.