MÜSAHİBƏ
Qarabağ Dirçəliş Fondu bu il vəsaitlərin səmərəli idarə olunmasından 50 milyon manat gəlir əldə edib
25.12.2024 [15:37]
Qarabağ Dirçəliş Fondu 2021-ci ildən etibarən ianələrin cəlb edilməsinə və bu vəsaitlərin risksiz investisiya alətlərinə yatırılmasına fokuslanıb. Müharibədən dərhal sonra ianələrin cəlb olunmasında əhəmiyyətli artım müşahidə edilib. Eyni zamanda, Fond sərbəst vəsaitlərin səmərəli idarə olunmasından əldə etdiyi gəliri artırmaqda davam edir. Məsələn, bu ilin birinci rübündə 9 milyon manat gəlir əldə edilmişdisə, ilin sonunda bu rəqəm 50 milyon manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində yeni əməkdaşlıqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında söyləyib.