Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir

26.12.2024 [12:43]

Xəbərin mətni

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən sərnişin təyyarəsi qəzası həm Azərbaycan xalqı, həm də AZAL üçün böyük faciə olaraq tarixə yazıldı. Təyyarə qəzası nəticəsində ekipaj üzvlərinin qəhrəmancasına göstərdikləri səylər sayəsində 20-dən çox sərnişin xilas edildi. Təəssüf ki, qəza zamanı iki təcrübəli pilotumuz və bir bələdçimiz həyatlarını itirdilər. Onların bu qəhrəmanlığı heç vaxt unudulmayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında söyləyib.

Bölmənin digər videoları