MÜSAHİBƏ
Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək
26.12.2024 [20:38]
Xəbərin mətni
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə peşəkar psixoloqlar, həkimlər xilasedicilər, həmçinin Səhiyyə Nazirliyinin peşəkar həkimlərindən ibarət qrup Fövqəladə Hallar Nazirliyinə aid zəruri vasitələrlə təchiz olunmuş təyyarə ilə Aktau şəhərinə göndərilib. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev deyib.