MÜSAHİBƏ
Anar Bağırov: Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir
28.12.2024 [15:19]
Xəbərin mətni
Fəaliyyətinə xitam verilən vəkillər peşə vəzifələrini və etik davranış qaydalarını kobud şəkildə pozublar. Vəkillər Kollegiyası müstəqil peşə birliyi olsa da, vəkillərin yol verdiyi qanun pozuntuları qanunvericiliyə uyğun olaraq Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırılır. AZƏRTAC xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında söyləyib.