Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Serbiya Azərbaycan yolu ilə

31.12.2024 [19:25]

Xəbərin mətni

Azərbaycanın tanınmış yol tikinti şirkəti “Azvirt” bu ili də daha bir uğurla başa vurdu. Uğurun sorağı isə Serbiyadan gəldi. Uzun müddətdir ki, serb vətəndaşlarının səbirsizliklə gözlədiyi, bu ölkəni iqtisadiyyatı üçün vacib olan Ruma-Şabats-Loznitsa magistralı tam şəkildə tamamlandı. Bunu isə Serbiya hökumətinin təsəvvür edə bilməyəcəyi müddətdə Azərbaycanın yol inşaatçıları gerçəkləşdirdilər. Söhbət artıq 12 ildən çoxdur ki, bilik və bacarıqları ilə Balkan regionunda nüfuz qazanan “Azvirt” şirkətindən gedir.

AZƏRTAC xəbər verir ki, dekabrın 29-da Serbiyada haqqında danışdığımız yol layihəsinin ən böyük bölməsi olan Şabat-Loznitsa sürət yolu istifadəyə verilib. Uzunluğu 54,5 kilometr olan magistralın inşasına 2021-ci ildə başlanılıb. Yüksək keyfiyyələ görülən işlərə layihədə nəzərdə tutulan müddətdən 15 ay əvvəl yekun vurulub.