Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

İşğaldan azad olunan ərazilərin yaşıl enerji ilə təmin olunması Çindən olan qonaqların diqqətini çəkib

17.01.2025 [10:38]

Xəbərin mətni

Qarabağa səfər zamanı qonaqların diqqətini çəkən əsas məqam qısa müddətdə yaradılan elektroenergetika sektoru üzrə infrastrukturun birinci olaraq 100% yaşıl enerji ilə təmin olunması, tədricən öz yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin paylayıcı şəbəkələr tərəfindən elektrik enerjisi ilə fasiləsiz təchizatıdır. Bu istiqamətdə Çin Xalq Respublikasından olan bizim həmkarların da öz fikirləri var, düşünürəm ki, görüşlərdən sonra onlarla bir daha müzakirə aparılacaq. Yaşıl enerji zonasında həm aktiv istehlakçılar var həm yaşıl texnologiyaların tətbiqi mövcuddur. Bu istiqamətdə həm də istehlakçıların maarifləndirilməsi məsələsi və elektron xidmətlərə əlçatanlığın daha da artırılması məsələsi müzakirə olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xocavənd rayonu Hadrut qəsəbəsində jurnalistlərə açıqlaması zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.