Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik

20.01.2025 [13:59]

Xəbərin mətni

Ermənistanla postmünaqişə mərhələsində təmaslar davam edir. Burada bir neçə istiqamət var. Xarici işlər nazirləri daha çox sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparırlar, mütəmadi şəkildə görüşlər keçirilir. Ötən il bir neçə belə görüş olub. Görüşlərarası təmaslar davam edir. Hazırda növbəti görüşün yeri və vaxtı barədə konkret razılaşma yoxdur. Güman edirik ki, 2025-ci ildə də bu proses davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.