Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Vətəndaşlar üç tibb müəssisəsində göndəriş olmadan stasionar xidmətlərdən yararlana biləcəklər

24.01.2025 [18:03]

Xəbərin mətni

Azərbaycan Tibb Universitetinin tələbələrinin istehsalat təcrübəsi imkanlarını genişləndirmək və praktiki biliklərini daha da artırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na dəyişiklik edilib.
Artıq göndəriş tələb olunmadan icbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin (ATU) tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə stasionar tibbi xidmətlərdən (terapevtik və cərrahi tibbi xidmətlər) istifadə üçün birbaşa müraciət etmək mümkündür.