Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

25.01.2025 [11:53]

Xəbərin mətni

İtaliyanın paytaxtı Romanın Medina İncəsənət Qalereyasında azərbaycanlı gənc rəssamların “Mədəni diplomatiya sənəti - Sülh naminə incəsənət” adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində diplomatik korpusun, mədəniyyət, incəsənət və akademik dairələrin nümayəndələri, həmçinin İtaliyada yaşayan soydaşlarımız iştirak ediblər.

Sərgidə 22 gənc rəssamın 57 rəsm əsəri, eləcə də gənc heykəltaraş Kənan Həsənquliyevin “Qarabağ cəngavəri” adlı heykəli nümayiş olunur.