Daşkənddə Xocalı faciəsinin 33-cü ildönümü qeyd olunub
24.02.2025 [17:47]
Xəbərin mətni
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərkəzin Heydər Əliyev Muzeyində keçirilən mərasimdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, faciə haqqında sənədli film nümayiş etdirilib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib.