Ağdamda “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda konfrans təşkil olunub
10.03.2025 [13:49]
Xəbərin mətni
Ağdam rayonunun Quzanlı qəsəbəsində “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir irsinin tədqiqatçısı Raquf Kərimov, xalq şairi Sabir Rüstəmxanlı, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, Qasım bəy Zakir nəslinin və rayon ictimaiyyətinin nümayəndələri, digər şəxslər iştirak ediblər.