Azərbaycan Dövlət İnformasiya Agentliyi

DTX rəisinin müavini: Bir sıra amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur

10.03.2025 [14:19]

Xəbərin mətni

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi yaxın illərdə bizim ən vacib vəzifələrimizdən biridir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən qısa müddətdə bu sahədə müəyyən işlər həyata keçirilsə də, bir sıra amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur.