Azərbaycan Dövlət İnformasiya Agentliyi

BTQ-nin icraçı direktoru: Ümid edirik ki, kolonializmlə mübarizədə bizi dəstəkləyənlərin sayı artacaq

29.03.2025 [16:24]

Xəbərin mətni

Fransa və Yeni Kaledoniya arasında problemlər və kolonializmin yekunlaşdırılması üzrə müzakirələr 20 ildən çoxdur ki, davam edir. Təəssüf ki, heç bir nəticə əldə edilməyib. Bakı Təşəbbüs Qrupu (BTQ) həmin danışıqlarda vasitəçi olmağa hazırdır. Yeni Kaledoniya bizim təklifimizi dəstəkləyir. Təki bunu Fransa hökuməti də istəsin. Bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov “Kolonializm: milli-dini kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə müsahibəsində deyib.