Agentlik sədri: Süni intellekt həlləri vasitəsilə vətəndaş məmnunluğunun daim 100 faizə yaxın olmasını hədəfləyirik
04.04.2025 [14:15]
Xəbərin mətni
“ASAN xidmət” dövlət xidmətləri sahəsində müasir texnologiyaların, innovasiyaların tətbiqini həyata keçirən bir qurumdur və süni intellekt həlləri vasitəsilə vətəndaş məmnunluğunun daim 100 faizə yaxın olmasını hədəfləyir. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.