Marşal İrs İnstitutu: ANAMA ilə əməkdaşlığımızdan çox qürur duyuruq
05.04.2025 [17:44]
Xəbərin mətni
“Biz Marşal İrs İnstitutu olaraq minatəmizləmə sahəsində ANAMA ilə əməkdaşlığımızdan çox qürur duyuruq”. Bu sözləri AZƏRTAC-a açıqlamasında institutun icraçı direktoru Elis Bekker deyib. O bildirib ki, iki qurum arasında əməkdaşlıqdan 20 il keçir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda minaların aşkarlanmasının sürətləndirilməsinə kömək etmək üçün yüksək səviyyəli işlər görən 93 təlim keçmiş minaaxtaran itlərin bağışlanıb. Onun sözlərinə görə, ANAMA bu itləri çox yaxşı idarə edib.