Reyçel Rudolf: Ötən illərlə müqayisədə Qarabağda böyük işlər görülüb
09.04.2025 [13:20]
Xəbərin mətni
Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, Zəngilana səfər etmişəm. Deyə bilərəm ki, ötən illərlə müqayisədə burada böyük işlər görülüb, xüsusilə təhsil sahəsində. Mən xüsusilə Qarabağ Universitetində quruculuq işləri və təhsil ocağının fəaliyyətini təqdirəlayiq olduğunu hesab edirəm. Bu sözləri müsahibəsində VII ADA Siyasi Forumunun iştirakçısı, Pekin Texnologiya İnstitutunun elmi işçisi Reyçel Rudolf Xankəndidə deyib.