Amin Məmmədov: Ermənistan Araz çayında ekoloji çirklənmə ilə bağlı monitorinqlərə şərait yaratmalıdır
10.04.2025 [18:15]
Xəbərin mətni
Ermənistan Araz çayında ekoloji çirklənmə ilə bağlı monitorinqlərin keçirilməsinə şərait yaratmalıdır. Bunu “Environmental Protection First” (EPF) Koalisiyasının üzvləri Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirdiyi brifinqdə “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib.