Qarabağ Universiteti Klinikası bölgədə səhiyyə xidmətlərinin inkişafında mühüm rol oynayacaq
11.04.2025 [16:14]
Xəbərin mətni
Qarabağ Universiteti Klinikasının təsis olunması Qarabağ bölgəsində səhiyyə xidmətlərinin inkişafında mühüm rol oynayacaq və regionda mövcud səhiyyə boşluqlarının aradan qaldırılmasına töhfə verəcək. Bunu Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev söyləyib.