“Azərkosmos”un Kosmik Akademiyası mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsi həyata keçirəcək
11.04.2025 [18:07]
Xəbərin mətni
Kosmik Akademiya tərəfindən gələcəkdə mobil əsaslı, kosmik innovasiya və sistem avtobusu layihəsinin həyata keçilməsi nəzərdə tutulur. Bu, regional layihədir. Layihə Türk Dövlətləri Təşkilatı üzrə nəzərdə tutulub. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın kosmik icma layihələrinin rəhbəri Əli Tağıyev deyib.