Dövlət Agentliyinin sədri: Böyük Qayıdış proqramı çərçivəsində peşə təhsili alan vətəndaşların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək
14.04.2025 [17:36]
Xəbərin mətni
Aprelin 14-də “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında edilən dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış vətəndaşlar üçün peşə təhsilinə əlçatanlıq artırılıb. Yeni dəyişikliklərə əsasən, 2025–2026-cı, 2026–2027-ci və 2027–2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş, habelə həmin müəssisələrdə ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı 2025-2026-cı tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bunu Kürdəmirdə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov deyib.