Xankəndi prokuroru: Xankəndidə cinayətkarlığa qarşı, qanunun qorunması ilə bağlı bütün tədbirlər görülür
14.04.2025 [17:49]
Xəbərin mətni
Suveren Azərbaycanın bütün ərazilərində olduğu kimi işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndidə də cinayətkarlığa qarşı mübarizə, qanunun qorunması ilə bağlı bütün tədbirlər görülür. Bunu Xankəndidə jurnalistlərə açıqlamasında Xankəndi şəhər prokuroru, ədliyyə müşaviri Rəşadət Orucov deyib.