Moldovanın Audiovizual Şurasının sədr müavini: İnternet məkanı uşaqlar üçün təhlükələrlə doludur
15.04.2025 [17:04]
Xəbərin mətni
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısının əhəmiyyəti böyükdür. Uşaqların media xidmətlərində, o cümlədən onlayn məkanda qorunmasının təmin edilməsi çox vacibdir və bu, müzakirə mövzusudur. Bu fikirləri Moldovanın Audiovizual Şurasının sədr müavini Aneta Konsa aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında jurnalistlərə açıqlaması zamanı səsləndirib.