Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abbas Əhmədli: Xaricdə yaşayan həkimlərimizin Azərbaycanda səhiyyə sahəsində reallaşdırılan islahatlara töhfələri Berlin qurultayının əsas mövzularındandır

27.04.2025 [13:55]

Xəbərin mətni

Almaniyada çalışan azərbaycanlı həkimlərin təşkilatlanması və ölkəmizdə səhiyyənin inkişafına töhfə vermək məqsədilə 2021-ci ilin yanvarında bir neçə həmkarımızla birlikdə Alman-Azərbaycan Tibb İşçiləri Birliyini (DAMV) təsis etdik. Ötən müddətdə həkimlərimizin təşkilatlanması istiqamətində bir sıra layihələr, tədbirlər həyata keçirdik. Azərbaycanlı Həkimlərin Berlin Qurultayını təşkil etməkdə məqsədimiz bu sahədə fəaliyyətimizi daha da genişləndirmək, bir sıra ölkələrdə çalışan həkimlərimizlə müzakirələr aparmaqdır. Bu fikirləri Azərbaycanlı Həkimlərin Berlin Qurultayının təşkilatçısı olan DAMV-ın ilk sədri, Hannover və Braunşveyq şəhərlərində özəl klinikaların təsisçisi, plastik cərrah Abbas Əhmədli açıqlamasında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI