Emin Məmmədov: Biz müasir xalçalarımızı yaratmaq istəyiriksə, xalça sənəti də müasirləşdirilməlidir
02.05.2025 [16:35]
Xəbərin mətni
Musiqi, rəngkarlıq və sair sənət növləri kimi, xalça sənəti də inkişaf eləməlidir. Biz müasir xalçalarımızı yaratmaq istəyiriksə, xalça sənətini də müasirləşdirməliyik. Ona görə də, biz həmi yerli, həmi xarici rəssamlarla, dizaynerlərlə müasir, məhdud sayda kolleksiyalar yaradırıq. Bunu "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Bakıda keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.