AZPROMO: İlk rübdə Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 101 milyon dolları ötüb
05.05.2025 [20:33]
Xəbərin mətni
Azərbaycanla Belarus əməkdaşlığı sənaye sahəsində məhsuldar perspektivlər vəd edir. Hər iki ölkənin sənaye potensialı daha sıx əməkdaşlığa imkan verir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.