Həkim-neyrocərrah: Qafqaz xalqları insult və yüksək təzyiqə bir qədər meyillidir
11.05.2025 [22:11]
Xəbərin mətni
Kimyaterapiyaların təsiri nəticəsində xərçəng xəstələrinin ömrü artıb. Təəssüflər olsun ki, həmin müsbət statistika ilə yanaşı, onurğa beyin metastazlarını daha çox görməyə başlayırıq. Biz onkoloqlarla bərabər, multidissiplinar şəkildə həmin xəstələri müalicə etməyə çalışırıq. Bəzi metastazlarda süd və prostat vəzilərinə bağlı metastazlarda dramatik şəkildə yaxşılaşma hətta sağalma belə mümkündür. Bunu AZƏRTAC-a müsahibəsində həkim-neyrocərrah Toğrul Cavadov deyib.