Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli professor: Yaşlandıqca daha çox nevroloji xəstəliklərə məruz qalırıq

11.05.2025 [22:27]

Xəbərin mətni

Texnologiya çox sürətlə inkişaf edir və biz yeni texnikalarla tanış oluruq. Bu üsullar xəstələrə daha həssas yanaşmağa imkan verir. Amma biz bəzi şeylərə bir az etinasız yanaşırıq; xəstə seçimi və uyğun xəstələrin siyahısının tərtib edilməsi kimi problemlərimiz var. Təbii ki, biz belə tədbirlərdə bunları müzakirə edir, təlimlər keçiririk. Bunu AZƏRTAC-a müsahibəsində Ümumdünya Neyrocərrahiyyə Cəmiyyətləri Federasiyasının Onurğa Təhsili və Təlim Komitəsinin rəhbəri professor Mehmet Zileli deyib.