Plenar iclasın iştirakçısı: Hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir
20.05.2025 [18:50]
Bu tədbir hamının, xüsusən də hüquq-mühafizə orqanlarının bir-biri ilə əlaqə qurması üçün çox vacib platformadır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından da çox effektivdir. Bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Honkonqun Korrupsiyaya qarşı mübarizə üzrə Müstəqil Komissiyasının nümayəndəsi Pol Çi Ho Lau deyib.