Xidmət rəisi: MDB-yə üzv ölkələrlə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur
22.05.2025 [15:21]
Xəbərin mətni
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrlə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov MDB-nin iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.