Yalçın Rəfiyev: Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi tarixə mühüm islahatlarla düşüb
27.05.2025 [17:46]
Xəbərin mətni
Azərbaycan Qoşulmama Hərəkatında (QH) dörd ildən artıq müddətdə davam edən sədrliyi dövründə mühüm təşəbbüslərlə çıxış edib. Bu sədrlik Hərəkatın tarixində ən uzun və fəal dövrlərdən biri kimi yadda qalacaq. Bu sözləri xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında söyləyib.