Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT rəsmisi: Gənclər üçün bilik və təcrübə platformalarının yaradılması vacibdir

27.05.2025 [17:50]

Xəbərin mətni

Gənclər innovativ ideyaların daşıyıcısı və dəyişikliklərin əsas hərəkətverici qüvvəsidir. Onların potensialından tam istifadə etmək üçün regional və qlobal səviyyədə təcrübə paylaşımı, eləcə də müxtəlif bilik sahələrində əməkdaşlıq imkanları genişləndirilməlidir. Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzi kimi təşəbbüslər gənclər üçün inklüziv və bilik əsaslı gələcək qurmaq yolunda mühüm addımdır. Bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva mayın 27-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.