Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli din xadimi: Şuşa mənim ata yurdumdur

31.05.2025 [15:43]

Xəbərin mətni

Mən Türkiyənin Qars şəhərindən gəlmişəm. Bura mənim ata yurdumdur. Ata babam Şuşa, ana babam isə Gəncə şəhərindəndir. 1918-ci ildə burada yaşanan erməni zülmü zamanı Türkiyəyə gediblər. Dünyadan köçənədək Azərbaycan deyə-deyə əzab çəkiblər. Bu gün mən onların həsrətini çəkdikləri bu yerləri həm də onlar üçün ziyarət edirəm. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşaya səfər edən türkiyəli din xadimi Ahmet Erdem deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI