Yalçın Rəfiyev: Bonn sessiyasında COP29 Sədrliyinin 7 tədbiri keçiriləcək
17.06.2025 [12:28]
Xəbərin mətni
Bu gün Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası - SB62 öz işinə başlayıb. Bu, “Bonn Sessiyası” adlandırılır və əsas məqsədi COP30-a hazırlıq xarakteri daşıyır. Biz bir il əvvəl burada COP29-a hazırlıq məqsədilə toplaşmışdıq və artıq burada növbəti COP-a çıxarılacaq sənədlərin ilkin layihələrinə baxılır. Bu barədə jurnalistlərə açıqlmasında xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Bonnda keçirilən SB62-də deyib.