Azərbaycan Dövlət İnformasiya Agentliyi

SBSTA-nın sədri: Azərbaycanın zəngin təcrübəsi və uğurlu diplomatiyası SB62 gündəliyinin təsdiqlənməsində vəziyyəti müsbətə doğru dəyişdi

18.06.2025 [18:21]

Xəbərin mətni

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə Köməkçi Orqanının (SBSTA) sədri Adonia Ayebare Bonn İyun İqlim Sammiti - BMT-nin İqlim Dəyişikliyi üzrə Köməkçi Orqanlarının 62-ci Sessiyasının (SB62) gündəliyinin təsdiqlənməsi barədə razılığın ikigünlük gərgin müzakirələrdən sonra məhz COP29 rəhbərliyinin vasitəçiliyi ilə əldə olunmasına münasibət bildirib. A.Ayebare jurnalistlərə açıqlamasında bu məsələ barədə deyib: “Azərbaycan COP29 Sədrliyi çərçivəsində üzərinə düşəni etdi. Yardım üçün Köməkçi Orqanlar (SB) olaraq COP29 Sədrliyinə müraciət etdik. Onlar tərəfləri bir araya gətirdilər, bizim gördüyümüz işdə irəliləyişə nail oldular. Eyni zamanda, kompromisə getməyə hazır olduqlarına görə tərəflərə də təşəkkür etməliyik”.

BÖLMƏNİN DİGƏR VİDEOLARI