Su Tao: Viza tələbinin ləğvi Çin və Azərbaycan xalqları arasında daha dərin mübadiləyə səbəb olacaq
15.07.2025 [15:33]
Xəbərin mətni
Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı Çin ilə Azərbaycan arasında bir çox mühüm sənədlər imzalandı. Onlar arasında iki ölkənin vətəndaşlarının qarşılıqlı olaraq vizadan azad edilməsi ilə bağlı çox mühüm saziş var. Bu, Çin və Azərbaycan xalqları arasında daha dərin mübadiləyə səbəb olacaq. Bu sözləri AZƏRTAC-a açıqlamasında Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyətinin İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor müavini Su Tao iyulun 16-da iki ölkə arasında vizasız səyahət rejiminin qüvvəyə minməsini şərh edərkən deyib.