Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin köməkçisi: Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb

20.07.2025 [15:14]

Xəbərin mətni

Müstəqilliyimizin ilk illərindən Azərbaycan, təəssüf ki, həmişə sistematik şəkildə dezinformasiya, psixoloji müharibə həddinə çata biləcək hücumlara məruz qalıb. Dünən Prezident İlham Əliyev də Azərbaycan media mənsubları və beynəlxalq ictimaiyyətin suallarına cavab verərkən bu məsələ barəsində ətraflı danışdı. Biz burada bir neçə kateqoriyada və təsnifatda ölkəmizə qarşı hücumları fərqləndirməliyik. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI