Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Peşəkar jurnalistikanın süni intellektin manipulyativ təsirlərinə məruz qalması ehtimalı gündəmə gəlir

20.07.2025 [15:16]

Xəbərin mətni

Şuşa Qlobal Media Forumunda dünyanın müxtəlif ölkələrindən media nümayəndəsi iştirak edir. Biz burada bir araya gələrək müasir medianın gündəliyində duran vacib və problematik məsələləri müzakirə edirik. Builki Şuşa Qlobal Media Forumunun əsas müzakirə mövzularından biri süni intellektin mediaya təsiridir. Çünki süni intellekt həyatımızın müxtəlif sahələrinə, o cümlədən media sahəsinə ciddi şəkildə təsir edir. Artıq medianı texnologiyadan ayrı düşünmək mümkün deyilb. AZƏRTAC xəbər verir ki, bu sözləri III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlaması zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI